Beynəlxalq reytinq agentliyi "Standard & Poor's" (S&P) Ukraynanın uzunmüddətli kredit reytinqini "SD" (seçimli defolt) səviyyəsinə endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun bəyanatda deyilir.

"Ukrayna mübadilə təklifi vasitəsilə avrobondlarının bir hissəsinin formal restrukturizasiyasına başlamaq niyyətindədir. Biz onu da başa düşürük ki, hökumət restrukturizasiya başlayana qədər istiqrazlar üzrə ödənişləri dayandırmaq qərarına gəlib. Bununla bağlı hökumət ödəniş etməyib”, - məlumatda deyilir.

 

Gözəl Həşimova