Xəbər verdiyimiz kimi, Baş nazirin qərarı ilə yaşı 10-dan çox olan avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyət tətbiq edilib. 

Ölkədə populyar olan 2007-2008-ci il istehsalı “Prius”ların qiymətinin necə dəyişdiyi ilə bağlı iqtisadiyyat.az saytının əməkdaşı bu gün Bakının maşın bazarında qiymətlərlə maraqlanıb. 

Satıcılar qərarla əlaqədar olaraq qiymətlərin bahalaşdığını bildiriblər. 

Belə ki, 11-13 min manata təqdim edilən 2007-ci il “Prius”lar indi 15 min manata təqdim edilir. 

Digər populyar “Hyundai i30” isə 16-18 min manata qədər bahalaşıb. 

“Opel Astra”lar 12-14 min manat, “Kia Ceed” isə 14-16 min manat olub. 

Əsəd Abbaslı