İran İsrailə hücum etmək qərarına gəlib və bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto vasitəsilə mesaj göndərib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Məlumata görə, Siyarto İsrailin Xarici İşlər Nazirliyinin rəhbəri İsrail Katza zəng edib və ona bu məlumatı İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani ilə söhbəti zamanı aldığını izah edib.

"İran bizə İsrailə hücum etmək niyyətində olduğunu söylədi", - Siyarto qarşı tərəfə deyib.

Xarici siyasət rəhbəri əlavə edib: "Dünya İrandan istənilən aqressiv hərəkətə görə hesab tələb etməlidir".