İraqın qərbindəki Ənbar əyalətində beynəlxalq koalisiya qüvvələrinin istifadə etdiyi Ayn əl-Əsəd aviabazasına raket zərbələri endirilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Shafaq News" portalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, axşam saatlarında Amerika hərbçilərinin yerləşdiyi bazaya azı iki raket atılıb. 

Digər təfərrüatlar verilməyib.