Bakıda Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İqtisadiyyat.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Qırğız Respublikasının təbii resurslar, ekologiya və texniki nəzarət naziri Azis Saparaliyevin başçılıq etdiyi nümayəndə heyəti və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edib.