İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəisi Maykl Kurilla "Yaxın Şərqdəki təhdidlərə cavab tədbirləri" çərçivəsində bölgədə birgə təlim keçirməyi müzakirə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Bundan əlavə, Halevi və Kurilla təhlükəsizlik və strategiya məsələləri üzrə vəziyyətin birgə qiymətləndirilməsi aparıblar", - departament əlavə edib.

Məlumata əlavə edilib ki, İsrail ordusu ABŞ Silahlı Qüvvələri ilə əlaqələri dərinləşdirməyə davam edəcək. 

Mətbuat xidməti qeyd edib ki, Kurilla Halevinin dəvəti ilə avqustun 5-də İsrailə gəlib.