Belarusda ilin birinci yarısında xarici ticarət dövriyyəsi 41,56 milyard dolları ötüb, xarici ticarətin mənfi saldosu 1,7453 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat hökumətin statistik məlumatlarında əks olunub. 

Qeyd olunur ki, 2023-cü ilin birinci yarısının səviyyəsinə cari qiymətlərə əsasən xarici ticarət dövriyyəsi 3,8% artıb. Eyni zamanda, əvvəlki ilin birinci yarısı ilə müqayisədə ixrac 4,2%, idxal isə 3,5% artıb.