Avqustun 7-də Türkiyə Cənubi Afrikanın İsrailə qarşı qaldırdığı iddiaya qoşulmaq üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ikigünlük səfərdə olduğu Misirdə danışıqların yekununda deyib.

"İsraillə bağlı hazırladığımız dosyeni çərşənbə günü prosesdə iştirak etmək imkanı əldə etmək məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə göndərəcəyik", - deyə Fidan bildirib.

Türk nazir İsrail hakimiyyətini Qəzzadakı münaqişəni bütün bölgəyə yaymaqda ittiham edib: "İsrailin Baş naziri Benyamin Netanyahu sülh istəmir. O, Qəzzadakı zorakılığı bütün regiona yaymağa çalışır. Netanyahu hökumətinin hərəkətləri bütün dünya üçün təhlükəlidir və onların qarşısı alınmasa, müharibə bütün dünyaya yayılacaq. Buna görə də İsraili dəstəkləyənlər baş verənlərə görə məsuliyyət daşıyırlar". 

Türkiyə daha əvvəl prosesdə iştirak etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi. Respublika Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç iyulun 30-da bildirib ki, Ankara səlahiyyətli orqana müraciətin hazırlanması prosesini başa çatdırıb. Türkiyə hakimiyyəti İsraili Qəzza zolağında insanlığa qarşı cinayət törətməkdə günahlandıraraq Netanyahu administrasiyasının məsuliyyətə cəlb olunmasını tələb edir.