Bakıda Heydər Əliyev adına İdman - Konsert Kompleksində Beynəlxalq Xeyriyyə Yarmarkası keçirilir.

“Report” xəbər verir ki, Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan ilə BMT arasında tərəfdaşlığın 30 illiyinə, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin 3-cü ildönümünə və BMT Gününə həsr olunub.

Tədbirdə 30-dan çox ölkənin və bir sıra beynəlxalq təşkilatların suvenirlərindən ibarət stendlər nümayiş etdirilir.

Xeyriyyə yarmarkasından əldə olunan bütün vəsait UNİCEF-in həyata keçirdiyi layihə üzrə sağlamlıq imkanları məhdud uşaqlara bağışlanacaq.