Bakı şəhərinin Nizami rayonunda yanğın olub.

İqtisadiyyat.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 400 m² olan 7 boksdan ibarət avtomobil təmiri sexinin hər birinin sahəsi 40 m² olan 2 boksunun yanar konstruksiyaları və içərisində təmirə dayanan "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.