Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Füzuli Rayon Polis Şöbəsinin Əməliyyat işləri üzrə rəis müavini polkovnik-leytenant Vüsal Mirzəzadə vəzifəsindən azad edilərək Ağcabədi Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə köməkçisi təyin olunub.

Onun yerinə Füzuli Rayon Polis Şöbəsinin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə isə polis mayoru Nəsirəddin Orucov təyinat alıb.