NATO-ya üzv ölkələr qarşıdakı beş il ərzində hərbi arsenallarına 650 "F-35" qırıcı təyyarəsi əlavə etməyi və ən azı 50 gəmi və sualtı qayıq tikməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Avstraliya 2025-ci ildə hərbi ehtiyaclara rekord məbləğ - 37 milyard dollar xərcləyəcək.

ABŞ rəsmisinin sözlərinə görə, Hind-Sakit okean regionundakı yaxın tərəfdaşlar da hərbi xərclərini artırırlar.

 

Gözəl Həşimova