Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli 485 nömrəli Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaradılması Azərbaycan Respublikasında narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi kimi ön plana çəkmişdir. Adı çəkilən Fərmanın qəbul edilməsi narkomanlığın və onunla bağlı cinayətkarlığın cəmiyyətin inkişafına mənfi təsir göstərməsi bu təhlükəli təzahürə qarşı əsaslı sosial-hüquqi tədbirlərin həyata keçirilməsi zərurətini yaratması ilə bağlı olmuşdur.
"Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının 18 iyun 1999-cu il tarixli Qanunu narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı hüquq pozuntularının təhlükəliliyini vurğulayaraq narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və bağlı cinayətkar fəaliyyətin qarşısının alınmasının, həmin əməlləri törədən şəxslərin aşkar edilməsinin və cəzalandırılmasının hüquqi əsaslarını və bununla əlaqədar dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi Azərbaycan Respublikasında qanunla qadağan olunmaqla həmin əməllərə yol vermiş şəxslərin cinayət və inzibati məsuliyyətləri müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəllələri ilə tənzimlənir.
Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 26-cı fəsli “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi” adlanır. Həmin fəsil Cinayət Məcəlləsinin 234-240-cı maddələrini əhatə edir. Cinayət Məcəlləsinin 234-cü maddəsi qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 235-ci maddəsi narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə, 236-cı maddəsi narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə, 237-ci maddəsi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 238-ci maddəsi narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlama, 239-cu maddəsi narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma, 240-cı maddəsi güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi adlanır və hər bir maddə özündə ağırlaşdırıcı hal hesab olunan tövsifedici əlamətləri daşıyır.
Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin, psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları təsdiq edilmişdir. Həmin siyahılar 3 qrupa bölünməklə cədvəllər şəklində tərtib edilmişdir. I siyahı “narkotik vasitələr”, II siyahı “psixotrop maddələr”, III siyahı isə “qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” adlanır. I siyahıda dövriyyəsi qanunla qadağan edilmiş 187 adda narkotik vasitələrin (dərman preparatlarının beynəlxalq) adı, şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri, eləcə də külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri göstərilmişdir. II siyahıda dövriyyəsi qanunla qadağan edilmiş 176 adda psixotrop maddələrin (dərman preparatlarının beynəlxalq) adı, şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri, eləcə də külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri göstərilmişdir. III siyahıda qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin adları, onların xeyli və külli miqdarı göstərilmişdir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 26-cı fəslində sadalanan cinayət əməllərinin bir neçəsi üzrə təcrübədə tətbiqi ilə bağlı yaranmış qeyri-müəyyənliklərin aradan qaldırılması üçün maraqlı subyektlər tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciətlər olunmuş və müvafiq qərarlar qəbul olunmuşdur.
Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prokurorluğunun müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsində və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində nəzərdə tutulan “kultivasiya” anlayışının tərkibində narkotik maddələr olan yabanı bitkilərin toplanmasını ehtiva edib-etməməsinin, tərkibində narkotik maddələr olan bitkilərin hissələrinin hansı miqdarda toplanmasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olmasının, tərkibində narkotik maddələr olan bitkilərin hissələrinin toplanmasının hansı meyar əsasında Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə külli miqdarda törədilmə hesab edilməsinin şərh olunmasına dair 25 fevral 2013-cü il tarixli qərar qəbul etmişdir.
Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 6 iyul 2021-ci il tarixli qərar qəbul etmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq olunmasını, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarında qeyd edilən məsələlərlə bağlı geniş tövsiyyələr öz əksini tapmışdır.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22-ci fəsli “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətalar” adlanır. Həmin fəsil İnzibati Xətalar Məcəlləsinin 206-209-cu maddələrini əhatə edir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi, 206-1-ci maddəsi narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorların hazırlanması, əldə edilməsi, saxlanılması, göndərilməsi və ya daşınması, 207-ci maddəsi narkotik vasitələrin, psixotrop maddələrin istehlakı və ya daşınması hallarının, həmçinin belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmaq, 208-ci maddəsi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyası, 209-cu maddəsi isə tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsi adlanır.
Müasir dövrün tələblərinə uyğun olaraq cəmiyyətdə baş verən dəyişikliklər nəzərə alınmaqla ümumbəşəri bəla olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində qüvvədə olan qanunvericilik aktlarına əlavə və dəyişikliklərin ediləcəyi, həmçinin yeni qanunvericilik aktlarının qəbul olunacağı istisna edilmir.
Füzuli rayon prokuroru kiçik ədliyyə müşaviri
Elnur Rüstəmov
Xəbər lenti
3 il ərzində 37 mindən çox şəxsə təhsil tələbə krediti verilib
14 Avqust,20:07
İran səfiri: Tehran istənilən təcavüzə qarşı həmişə hazırdır
14 Avqust,19:53
Azərbaycan səfiri belaruslu nazir müavini ilə əməkdaşlığın inkişafını müzakirə edib
14 Avqust,19:38
Ağstafada bir nəfər Kürdə batdı - YENİLƏNİB
14 Avqust,19:24
Gülşən Paşayeva şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçıları ilə görüşüb - FOTO
14 Avqust,19:12
Rizvan Nəbiyevin seçicilərlə görüşləri davam edir: aktual məsələlələrin həlli gündəliyimizdə olacaq - FOTO
14 Avqust,19:09
Özbəkistan nümayəndə heyəti ölkəmizdə səfərdədir
14 Avqust,19:01
Deputatlığa namizəd Qaya Məmmədov seçicilərlə görüş keçirib - FOTO
14 Avqust,18:53
Fariz İsmayılzadə seçiciləri ilə görüşlər keçirib - FOTO
14 Avqust,18:30
Mahmud Abbas TBMM-də çıxış edəcək
14 Avqust,18:23
Qızıl ucuzlaşıb, gümüş bahalaşıb
14 Avqust,18:14
Azərbaycanda bu il nə qədər minik avtomobili istehsal edilib?
14 Avqust,18:00
Bitkoin 3% bahalaşdı
14 Avqust,17:53
"İnstagram” və “Tiktok”da alış-veriş zamanı dələduzluqlar: qurbana çevrilməmək üçün nə etməli?
14 Avqust,17:44
ABŞ-də inflyasiya 2,9%-ə qədər azalıb
14 Avqust,17:39
Finlandiya sursat istehsalını 5 dəfə artırdı
14 Avqust,17:30
Dünyanın ən zəngin insanlarının adı açıqlandı
14 Avqust,17:21
"Qarabağ"ın oyunu təxirə salındı
14 Avqust,17:12
309 dönərxanada nöqsanlar aşkarlandı
14 Avqust,17:09
24 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırıldı
14 Avqust,17:04
Fransa aviaşirkətləri Livana uçuşları bərpa edəcək
14 Avqust,16:53
Daha 7 itkin şəhidin dəfn mərasimi keçiriləcək
14 Avqust,16:48
Rezidenturaya qəbulun nəticələri elan olundu
14 Avqust,16:38
"Minasız Həyat” layihəsinə start verilib - FOTO
14 Avqust,16:29
İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb
14 Avqust,16:24
Azərbaycanda 2 bağlanmış bankın 5 əmlakı hərraca çıxarılır
14 Avqust,16:15
Azərbaycan millisinin qrupu müəyyənləşdi
14 Avqust,16:11
Cəlilabadda su quyusuna düşən ata və 20 yaşlı qızının meyiti çıxarılıb
14 Avqust,16:11
Azərbaycanda ən çox maaşı bu sahədə işləyənlər alır - SİYAHI
14 Avqust,16:05
Gürcüstan beynəlxalq sürücülük vəsiqəsi verməyə başladı
14 Avqust,15:55
“E-Şikayət” sistemi üzərindən daxil olmuş müraciətlərin sayı 1300-ü ötüb
14 Avqust,15:52
Kür çayında avtomobillə batan iki nəfərdən birinin meyiti tapıldı
14 Avqust,15:45
Azərbaycan və Gürcüstan BTQ üzrə birgə müəssisə yaradıb
14 Avqust,15:41
Azad olunmuş daha bir kənddə quruculuq işlərinə başlanılıb
14 Avqust,15:30
Bakının 28 May küçəsində təmir işləri aparılır
14 Avqust,15:25
Siqaretlər niyə dəyərindən üç dəfə baha satılır?
14 Avqust,15:13
Azərbaycanda ilk dəfə olaraq delinatorların istehsalına başlanılıb
14 Avqust,15:11
10,7 milyon manatlıq “Gəncə Şərab-2”nin nizamnamə kapitalı artırılır
14 Avqust,15:00
Dövlət başçısı: "Biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq"
14 Avqust,14:57
Ağaşirin Məmmədovun təşviqat kampaniyası davam edir
14 Avqust,14:55
Çox oxunanlar
Bakıda gələn aydan kirayə evlər bahalaşacaq
Deputatlığa namizəd diplomat Rizvan Nəbiyev kimdir? - DOSYE
Tanınmış tibb alimi vəfat etdi - FOTO
YAP-ın seçki şüarı açıqlanıb - YENİLƏNİB
Olmayan uşağa görə aliment təyin edilməsi ilə bağlı cinayət işi başlanıb
Cəbrayıla köç edənlərin daşınması 1,6 milyon manata başa gələcək
Azərbaycanda bu xəstəxananın direktoru vəfat etdi - FOTO
Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib
Prezident Ağdaşın icra başçısını vəzifəsindən azad etdi
Azərbaycanda quzu əti niyə bahalaşıb? - AÇIQLAMA
"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi
Bakıda açıq sahədə başlayan yanğın məhdudlaşdırıldı - YENİLƏNİB - VİDEO
Rafael Hüseynov “Şərəf” ordeni ilə təltif edilib
Tibb müəssisələrində qeydiyyatda olan uşaqların sayı açıqlandı
Prezident Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxış edib - YENİLƏNİB
Qarabağ Universiteti Humanitar və sosial elmlər fakültəsi üzrə tələbə qəbulu həyata keçirəcək
Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində İqtisadiyyat Jurnalistləri Platforması qurulur - FOTO
Azərbaycanda icbari tibbi sığorta ilə bağlı sorğu keçiriləcək
Bakının bu rayonunda işıq probleminin aradan qaldırılması 3 milyona başa gələcək
Universitetlərə ixtisas seçimi başlayıb - YENİLƏNİB
Paris-2024: Həsrət Cəfərov yarımfinal görüşündə məğlub oldu
Azərbaycanda bu özəl klinika ləğv edildi, digərinə birləşdi
Dünyada ən çox buğda və un ixrac edən ölkələr – ARAŞDIRMA
Kredit faizləri hansı hallarda endirilə bilər? - MÜTƏXƏSSİS RƏYİ
Azərbaycanda əhali qaz istehlakını 4%-dən çox azaldıb
Dünyada təbii qaza tələb rekord səviyyəyə çatdı - ARAŞDIRMA
“Kristal Bakı” evimin söküntüsünə görə 11 min təklif edir, o pula nə edə bilərəm?” - ŞİKAYƏT
Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib
Taksi qiymətləri yenidən artacaq?
Paris-2024: Azərbaycan taekvondoçusu yarımfinala yüksəldi
Ədliyyə nazirinin müavin təyin etdiyi şəxs 4 ay sonra yeni vəzifəyə getdi - FOTO
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – YENİLƏNİB-2
Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO
Dövlət qulluğu vəzifələri üzrə imtahanlar keçirilib - YENİLƏNİB
Sumqayıt Dövlət Universiteti sənaye şəhərinin bilik və təcrübə mənbəyinə çevrilir – MÜSAHİBƏ
Cənubi Çin dənizində qaz yatağı aşkar edilib
Bu universitetlərdə qiyabi ixtisaslar ləğv edildi - SİYAHI
Magistratura üzrə boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub
Nizami rayonunda restoran, kafe, sex və avtoyuyucular sudan qeyri-qanuni istifadə edib
BANM Özbəkistana ali təhsil proqramlarının ödənişli əsasda ixracına başlayır