Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanla Əlcəzair arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin ləğvi ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

İqtisadiyyat.az ın xəbərinə görə, dəyişiklik layihəsi “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişə təklif edilib.

İclasda həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Sazişin təsdiq edilməsi barədə qanunun layihəsi də müzakirəyə olunub.

Hər iki sənəd müzakirələrdən sonra qəbul edilib.