"Meqa Sığorta" 2020-ci il üzrə maliyyə fəaliyyətinin yekunlarını açıqlayıb.

2020-ci ildə şirkətin cəmi gəlirləri 32 milyon 317,5 min manat (2019-cu illə müqayisədə 46% artım) təşkil edib.

Bu dövrdə şirkətin əməliyat gəliri 30 milyon 028 min manat (33,6% artım), investisiya gəlirləri isə 1 milyon 157 min manat (20,2% azalma) təşkil edib.

2020-ci ildə şirkətin cəmi xərcləri  25 milyon 157,6 min manat (ötən illə müqayisədə 43,4% artım) təşkil edib.

Bu dövrdə əsas əməliyyat xərcləri 20 milyon 541 min manat (57,3% artım), işlərin aparılması xərcləri isə 4 milyon 616 min manat (4% artım) təşkil edib.

Nəticədə şirkət 2020-ci il 7 milyon 159 min manat maliyyə mənfəəti ilə başa vurub. 1 milyon 432 min manatlıq mənfəət vergisi ödənişindən sonra «Meqa Sığorta»nın xalis mənfəəti 5 milyon 727 min manat olub. Bu 2019-cu illə müqayisədə 62,1% artıqdır.

2020-ci ildə «Meqa Sığorta»nın cəmi aktivləri 13,1% artaraq 50 milyon 247 min manat təşkil edib.

Cəmi kapital isə 9% artaraq 28 milyon 744 min manat təşkil edib.

2020-ci ildə «Meqa Sığorta»nın cəmi öhdəlikləri 19% artaraq 21 milyon 503 min manata yüksəlib.