Tacikistan hökuməti ölkələr arasında razılaşdırılmış müxtəlif layihələrin həyata keçirilməsi üçün Çin hökumətindən təmənnasız yardım şəklində 300 milyon yuan (təxminən 40,7 milyon dollar) alacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tacikistanın Hüquqi İnformasiya Bankında dərc edilmiş saziş layihəsində deyilir.

Vəsait Çin Dövlət İnkişaf Bankı tərəfindən yuanla Tacikistan Milli Bankına köçürülməlidir.

Sənədə əsasən, layihə Tacikistan hökuməti tərəfindən təsdiqlənib.

 

Gözəl Həşimova