Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindədir.

İqtisadiyyat.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağı hədəfləyir, lakin bütün əsassız tələblər tamamilə aradan qaldırılmalıdır”, - deyə o qeyd edib.