Liviyanın şərq hissəsində hökumət nəzarət olunan ərazidən neft hasilatını və ixracını tamamilə dayandırdığını elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, bu, bütün yataqlara, terminallara və neft infrastrukturu obyektlərinə aiddir.

Bu xəbərdən sonra “Brent” və WTI markalı neftin qiymətləri 2,5%-dən çox bahalaşıb.

İstehsalın dayandırılması qərarı ölkənin qərbində yerləşən Liviyanın beynəlxalq səviyyədə tanınmış hökuməti ilə ölkənin mərkəzi bankının rəhbəri arasında qarşıdurma fonunda qəbul edilib.

İyulda Liviya gündəlik təxminən 1,15 milyon barel neft hasil edib. O vaxtdan bəri ölkənin ən böyük yatağı “Şərar”da, demək olar ki, hasilat dayandırılıb. Ölkənin neft ehtiyatlarının əsas hissəsi və dörd ixrac terminalı Liviyanın şərqində yerləşir.

 

Sadiq Cavadov