“Lego” yarış avtomobilləri və ya klassik maşınları əldə etmək istəyənlər üçün yeni dizayner dəstləri hazırlayıb.

Siz 50 dollardan aşağı qiymətə Almaniya və Böyük Britaniya istehsalı ən müasir hiperkarlara, qalib Formula 1 avtomobilinə və GT yarış maşınına, klassik italyan kupelərinə və innovativ elektrik superkarına sahib ola bilərsiniz.

Konstruktorun köməyilə “Aston Martin Valkyrie AMR Pro”, “Aston Martin Vantage GT3”, “Mercedes-AMG F1 W12 E Performance”, “Mercedes-AMG Project One”, “Lamborghini Countach”, “Lotus Evija” kimi avtomobil modellərini yığmaq mümkündür.