Bir milyon dollardan çox kripto aktivinə sahib olanların sayı bu il 95% artaraq 172 min 300 nəfər olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Crypto Wealth Report 2024” tədqiqatında deyilir.

Məlumata görə, bu il kriptovalyuta milyonçularının sayı demək olar ki, iki dəfə artıb.

Bundan əlavə, kriptovalyuta multimilyonerləri, yəni kripto aktivləri 100 milyon dollar və ya daha çox olanlar da yüksək artım nümayiş etdiriblər. Belə ki, kriptovalyuta milyarderlərinin sayı 27 faiz artıb. Dünyada isə cəmi 28 belə insan var.

Hal-hazırda kriptovalyutaların ümumi bazar dəyəri 2,3 trilyon dollara çatıb. Bu, ötən illə müqayisədə təxminən 90 faiz çoxdur.

 

Gözəl Həşimova