29 avqust 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Babək rayonu və kəndlərindən olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat.az xəbər verir ki, qəbul saat 11:00-dan etibarən Babək rayonu, Babək şəhəri, Azadlıq küçəsi 44A ünvanında yerləşən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin (036) 545-75-35 nömrəli telefonu, info@neconomy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.