Bu ilin ikinci rübündə Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya 0,1 faiz kiçilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Statistika Agentliyinin (Destatis) məlumatında deyilir.

Hesabat dövründə ən çox azalma 3,2% ilə tikinti sektorunda olub.

Avropanın ən böyük iqtisadiyyatının artım tempinin azalması ölkə ÜDM-nin əsas sektorlarından biri olan sənaye sektoruna investisiyaların nəzərəçarpacaq dərəcədə azalması fonunda baş verib.

 

Gözəl Həşimova