İqtisadiyyat naziri Mikayıl Cabbarov xüsusi dövlət mühafizəsi əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib:

"Xüsusi dövlət mühafizəsi əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, möhkəm cansağlığı və uğurlar arzulayırıq. Ölkəmizdə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına verdiyiniz töhfələr üçün minnətdarıq".