"Hazırda hotellərdə sıxlıq müşahidə olunur. Bu da təbii ki, qiymət artımlarını qaçılmaz edir".

Bunu İqtisadiyyat.az-a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.

Onun sözlərinə görə, qiymətlər hotel otaqlarının kateqoriyasına görə də formalaşır: "Məsələn, hotellərdə ekonom, standart otaqlar, super yer, “suite” tipli otaqlar mövcuddur. İlk olaraq ekonom və standart otaqlar satılır. Sonda super yer və “suite” otaqlar müştərilərə təklif edilir və onların qiyməti hotellərin satış siyasətinə görə dəyişir. Təbii ki, “suite” və super yer otaqlarda həm otağın kvadratı böyükdür, həm də orada yerləşdirilən avadanlıqlar daha da təkmilləşdirilmiş formadadır. Buna görə də həmin otaqların qiymətləri daha baha olur".

R.Quliyev bildirib ki, hotellərdə qiymətlərin artmasının daxili bazara heç bir ziyanı yoxdur.

Qeyd edək ki, son vaxtlar hotellərdə xidmətlərin bahalaşması ilə bağlı məlumatlar yayılıb. Buna səbəb isə yay mövsümündə ölkəmizə gələn turistlərin sayının artdığı göstərilir.

Sadiq Cavadov