MDB ölkələrinin Hökumət Başçıları Şurası noyabrın 7-8-də Rusiyada keçirilməsi planlaşdırılan iclasda Birlik ölkələrinin iqtisadi qarşılıqlı fəaliyyəti ilə bağlı 20-yə yaxın məsələyə baxacaqlar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev qeyd edib.

Onun sözlərinə görə, görüşdə humanitar əməkdaşlıq məsələləri də nəzərdən keçiriləcək.

Qeyd edilib ki, Hökumət Başçıları Şurasının iclasında mühüm məsələlərdən biri qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılması olacaq.

 

Gözəl Həşimova