“İşğaldan azad edilmiş ərazilərdə 11 hidroloji stansiyanın 14 çay üzərində quraşdırılması istiqamətində işlər yanvar ayından başlayıb və davam etdirilir. Artıq topoqrafik işlər yekunlaşıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, ərazinin mürəkkəbliyini, minalarla çirklənməsini nəzərə alaraq yaxın iki ay ərzində proses bitəcək:

“Eyni zamanda, bu il ərzində hidrometeoroloji stansiyaların Şuşa, Ağdam, Zəngilan rayonlarında quraşdırılması planlaşdırılır”.