Yaponiyanın “Honda” və “Mazda” avtomobil konsernləri Rusiyaya ixracı dayandırır.

Bu barədə Yaponiyanın “Nikkei” qəzeti məlumat yayıb.

“Honda” Rusiyaya avtomobil, motosikl və mühərrik ixracını dayandırır. Konsernin Rusiyada öz zavodu olmadığından bu şirkətin bütün avtomobilləri ABŞ və Yaponiyadan idxal edilir. “Mazda” şirkəti isə Rusiyadakı zavod üçün hissələrin tədarükünü dayandırır.

İxracın dayandırılması rus rublunun məzənnəsinin düşməsi və tədarük zəncirinin qırılması ilə bağlıdır.

Məlumata görə, Yaponiyadan Rusiyaya ixracın 40%-i avtomobil ixracının payına düşür. Avtomobil hissələrinin ixracı ilə bu göstərici 50%-i ötür.