“Ötən il istehsal müddəti son 3 ili keçməyən hibrid minik avtomobillərinin idxalı zamanı əlavə dəyər vergisi üzrə 7 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb”.

Bunu “Report”a müsahibəsi zamanı Dövlət Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib. 

Onun sözlərinə görə, cari ildə azadolmaların tətbiqi şübhəsiz ki, bu qəbildən olan avtomobillərin idxal həcmini artıracaq:

“Ümumiyyətlə, cari ildən bu dəyişikliklərin edilməsi fiskal siyasət baxımından yox, sosial siyasətin həyata keçirilməsinə xidmət etməklə, ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsini stimullaşdıracaq və eyni zamanda avtomobil parkının yenilənməsinə əlverişli şərait yaradacaq”.