Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" son 6 ayda bir çox böyük inkişaf etmiş iqtisadiyyatlarda işsizlik nisbətlərinin yüksəldiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Məlumata görə, işsizlik nisbətləri tarixi standartlara görə aşağı səviyyədə qalsa da, əmək bazarı şərtlərinin zəifləməsi əmək haqqı inflyasiyası üzərində müəyyən təzyiqlər yaratmağa başlayıb.

Qurum ABŞ, İngiltərə, Kanada, Almaniya, Avstraliya və İsveçrədə işsizlik nisbətlərinin artdığına diqqət çəkib.

ABŞ-də işşsizlik səviyyəsi 3,5%-dən 4,3%-ə, İngiltərədə 3,8%-dən 4,2%-ə, Kanadada 5%-dən 6,4%-ə, Almaniyada 2,9%-dən 3,4%-ə, Avstraliyada isə 3,4%-dən 3,5%-ə yüksəlib.

 

Gözəl Həşimova