Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

O, Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, noyabrın 26-da Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı F.Xəlilovun 75 yaşı tamam olur.