Azərbaycanda avtomobil qəzalarına həsr olunan məhkəmə işlərində maraqlı, amma sığorta şirkətləir üçün olduqca xoşagəlməz yenilik var.

Bakı sakini etibarnaməsiz idarə etdiyi avtomobillə qəza törədərək sığorta şirkətinin bununla bağlı iddiasını rədd etməyə nail olub.

Hüquqşünaslar bu barədə məhkəmənin çıxardığı qərarın presedent olacağını, indiyədək sığorta şirkətlərinin problemsiz qalib gələrək müştəridən pul almaq prosesinin dayanacağını bildirirlər.

Hər şey bir neçə ay bundan əvvəl Bakı sakini Elçin Zeynalovun bz həyat yoldaşının adına olan avtomobillə qəza törətməsi ilə başlayıb. Qəza zamanı başqa avtomobilə zərər dəyib və E.Zeynalovun idarə etdiyi maşının icbari sığortası olduğuna görə, qarşı tərəfə dəyən zərəri sığorta şirkəti qarşılayıb.

Bir qədər sonra isə sığorta şirkəti qarşı tərəfi vurduğu zərəri E.Zeynalovdan tələb etməyə başlayıb. Şirkətdən bildirilib ki, avtomobili etibarnaməsiz idarə etməyinə görə, o öz törətdiyi qəza ilə şirkətə zərər vurub və ödəniş qədər pulu geri qaytarmalıdır.

Məhkəməyə müraciət edən qarşı tərəf sığorta şirətinə qalib gəlməyi bacarıb.

Məsələ bundadır ki, ər-arvadın birgə əmlakı onların mülakiyyət sayılır. Bu avtomobil də həyat yoldaşnın adına rəsmiləşdirilsə də, birgə evlilik dövründə alındığından avtomobil həm də E.zeynalova məxsusdur. Deməli o, həmin maşını idvrə etmək üçün heç kimdən icazə və ya etibarnamə almağa məbur deyil. Məhkəməyə bu arqumentləri haqlı sayıb və sığorta şirkətinin iddiasını rədd edib.

Hüquqşünas  Ərşad Hüseynov bildirib ki, indiyədək belə sığorta hadisələrində yanlış təcrübə formalaşmışdı, yəni əksər sığorta şirkətlərinin bu iddiaları təmin edilir və onların ödədiyi pullar sonradan geri qaytarılırdı. Amma bu dəfəki qərar hamin mövzuya yeni yanaşma yaradacaq.