Azərbaycanda xammalın (pambıq, alminimun və s.) emalından əldə edilən daha yüksək dəyərli məhsulların ixracı təşviq ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) müşaviri Tural Hacılı bildirib.

"Bu il neft emalı üzrə məhsulların ixracında böyük artım müşahidə edilir. Hazırda qarşıda duran əsas vəzifə xammal potensialı üzrə dəyər zəncirini genişləndiməkdir. Məsələn, hazırda xam şəkildə plastik ixrac ediriksə, məqsəd plastik məhsullarının emalının artırılması və əlavə dəyər yaradılmış məhsulları ixrac etməkdir", - deyə o, qeyd edib.