2021-ci ilin yanvar-mart ayları ərzində Azexport.az portalına 131,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında məlumat verilib. 

2021-ci ilin aprel ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 42 milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə ixrac sifarişləri dəyər baxımından 21,5 faiz artıb.

Qeyd edilib ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 mart tarixinə kimi (51 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 327 milyon ABŞ dolları təşkil edib.