ABŞ-ın New York şəhərində yerləşən “Christie's Auksion Evi” tamamilə rəqəmsal mühitdə yaradılan virtual tablonun 69 milyon ABŞ dollarşna satıldığını və hərracı qazanan alıcının ödənişi “Dəyişdirilə bilməz Token” olaraq bilinən NFT adlı kripto valyuta ilə etdiyini açıqlayıb.

Açıqlamada həmçinin bildirilir ki, bununla da ilk dəfə rəqəmsal sənət əsəri kripto valyuta ilə satılıb.

NFT-lər satıla bilmədikləri üçün müəllif hüquqları ilə qorunan məhsullar yaratmaq üçün nəzərdə tutulub. Sənətçi öz əsərini NFT-yə çevirəndə, həm öz rəqəmsal imzası ilə müəllif hüququnu qorumuş olur, həm də məhsulun hər satışından payına düşən qonorar kripto valyuta ilə hesabına köçürülür.

Qeyd edək ki, rəssam Mayk Vinkelmanna (Mike Winkelmann) aid "Everydays: The First 5 000 Days" adlı əsərin son 13,5 ildə hər gün bir hissəsi nəşr olunan 5 min ayrı rəsmdən ibarət rəqəmsal bir kolaj olduğu paylaşılıb. Vinkelmannın əsərləri arasında, əksəriyyəti illüstrasiya proqramı ilə hazırlanmış eskizlər, məşhur adların portretləri və bir çox tanınmış cizgi film qəhrəmanının rəqəmsal rəsmləri var.

Rəqəmsal sənət əsərinin fiziki iştirakı olmadan və "sənətkarın təkrarolunmaz imzası ilə şifrələnmiş və blok zəncirində özünəməxsus şəkildə müəyyən edilmiş bənzərsiz bir NFT müşayətində” sənətkar tərəfindən birbaşa alıcıya çatdırılacaq.