"İndi bizim bütün müdafiə əməliyyatlarımızın əsas vəzifəsi Rusiyanın müharibə potensialını mümkün qədər məhv etmək və maksimum əks-hücum etməkdir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.  

"Xüsusən də bu, Kursk vilayətində bufer zonasının yaradılmasıdır. Rusiya ordusuna, Rusiya dövlətinə, onların müdafiə sənayesinə və iqtisadiyyatına zərər vuran hər şey, bütün bunlar müharibənin genişlənməsinin qarşısını almağa və onun ədalətli sonunu yaxınlaşdırmağa kömək edir", - o əlavə edib.