Livanın BMT Təhlükəsizlik Şurasındakı Daimi Nümayəndəliyi İsrail hərbi təyyarələrinin mütəmadi olaraq ölkənin bütün ərazilərində, xüsusən də Beyrut üzərində səs səddini aşması ilə əlaqədar şikayət edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Livanın "Al Wataniya" agentliyi məlumat yayıb.

Məlumata görə, şikayət xarici işlər naziri Abdullah Bu Həbibdən müvafiq göstəriş aldıqdan sonra BMT Təhlükəsizlik Şurasına göndərilib. Təhlükəsizlik Şurasına göndərilən sənəddə Livan tərəfi İsrailin Livanın hava sərhədlərini və müvafiq olaraq suverenliyini kobud şəkildə pozmasını pisləyib. Ərəb Respublikası həmçinin İsraili ittiham edib ki, onun təyyarələrinin bu cür hərəkətləri mülki əhalini, xüsusən də uşaqlar kimi ən həssas kateqoriyalı vətəndaşları qorxutmaq məqsədi daşıyır və bununla da beynəlxalq humanitar hüququ pozur.

Qeyd edək ki, son bir neçə ay ərzində İsrail qırıcıları müntəzəm olaraq Livanın hava məkanına soxularaq onun ərazisi üzərindəki səs səddini yarıb, beləcə yerli sakinlər arasında panikaya səbəb olub. Təkcə avqust ayında təkcə Beyrutda ən azı dörd belə hadisə baş verib. Bir qayda olaraq, təyyarələr Aralıq dənizindən və ya Livan paytaxtının Hizbullahın qərargahının yerləşdiyi cənub ətraflarından gəlir.