Bu gün saat 22:26-da ilin ilk Super Ayı müşahidə olunur.

İqtisadiyyat.az xəbər verir ki, bu, Mavi Super Aydır.

Təbii hadisə zamanı Ay 14 faiz böyük və 30 faiz parlaq görünür. Ay saat 19:41-də doğub və səhər saatlarınadək görünəcək. Bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 kilometr olur.

Ayın mavi çalarda görünməsi çox nadir hallarda vulkan püskürməsi zamanı yaranmış toz səbəbli baş verə bilər.

Super Ay adlandırılan hadisə zamanı Ay 14 % böyük və 30 % parlaq görünür.

Qeyd edək ki, ilin sonunadək 18 sentyabr, 17 oktyabr və 15 noyabrda daha 3 Super Ay müşahidə olunacaq.