Avropa İttifaqı (Aİ) Azərbaycan hakimiyyətini noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransı (COP29) ərəfəsində Ermənistanla sülh sazişi imzalamağa çağırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Brüsselin "EUobserver" portalı Avropa Komissiyasına (AK) istinadən məlumat yayıb.

Nəşr AK nümayəndəsinin sözlərindən sitat gətirir: "Dayanıqlı və davamlı sülhə doğru qətiyyətli addımlar atmağın vaxtı gəlib çatıb".

Bununla belə, portal Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən qeyd edib ki, yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması üçün hələ də ciddi maneələr var və Aİ-nin vicdanlı broker kimi mövqeyi pozulub.

Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymağın zəruriliyini iki ölkə arasında əsl və davamlı sülh müqaviləsinin imzalanmasının zəruri şərti adlandırıb.