"İran ABŞ-nin Ermənistandakı mövcudluğuna müsbət yanaşmır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.

İranlı diplomat qeyd edib ki, İran və Ermənistan arasında münasibətlər kifayət qədər sıx və konstruktivdir.

"Lakin biz ABŞ-nin regionda mövcudluğunu bəyənmirik. Bununla bağlı biz erməni tərəfdaşlarımıza öz narahatlığımızı bildirdik", - deyə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.