Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4,227 milyard manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,2% çoxdur.

İqtisadiyyat.az ın DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 1,366 milyard manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 3,034 milyard manat, aksizlər üzrə 120,8 milyon manat, yol vergisi üzrə daxilolmaların həcmi isə 47,1 milyon manata bərabər olub.