Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, sərəncama götürülən polis mayoru Şaiq Ağayev Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində Yol Nəqliyyat Hadisələri üzrə baş inspektor vəzifəsinə təyin edilib.