Milli Məclisin iclasında deputat Məlahət İbrahimqızı yeni 5 manatlıq əsginaslarla bağlı etirazını bildirib.

M.İbrahimqızı deyib ki, keçmiş əsginaslarda azərbaycanlıların qədim xalq olduğuna diqqət çəkilib.

Millət vəkili yeni 5 manatlıq əsginaslarda tarixi simvolların əksəriyyətinin çıxarıldığını deyib.

“Yeni buraxılan 5 manatlıqda yalnız bir neçə rəmz var”, - deyə o əlavə edib.

Onun fikrincə, bu pul vahidlərində ən azı Azıx mağarasının əksini tapması yaxşı olardı.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən yeni dizaynda 1, 5 və 50 manatlıq pul nişanları 2021-ci il yanvar ayından tədavülə buraxılıb.oxu.az