Bu ilin yanvar-iyul aylarında Azərbaycan düyü idxalına 45,9 milyon dollar xərc çəkib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,43 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni aylarında ölkəyə idxal edilən düyü 34,9 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova