Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prospekt, küçə, meydan və binaların həyətinin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrin salınması və qulluq edilməsi xidmətlərini ​Mint Services MMC həyata keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı elan etdiyi tenderə yekun vurub.

Dövlət Xidməti MMC ilə 678 min manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, Mint Services 2017-ci ildə qurulmuş əmlak və təsislər üçün gündəlik texniki xidmətləri təqdim edən şirkətdir.