"Təklif edirəm ki, hər bir ailənin hər birinə 200 dollar ekvivalentində hesabında pul qoyulsun".

İqtisadiyyat.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Tahir Kərimli parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycanda 2021-ci ildə 112 min körpə doğulub:

"Təklif edirəm ki, həmin körpələr üçün hesab açılsın və 2 000 dollar pul köçürülsün.

Neft qazla zəngin olan bir sıra dövlətlərdə bu rəqəm 10 minlərlə dollarladır. Bizdə isə bu rəqəm ümumilikdə cəmi 224 milyon edir. Bu da Neft Fondunda olan vəsaitlərin yarı faizindən də aşağıdır. Azərbaycanda əhalinin kommunal ödənişləri həyata keçirməsində müəyyən problemlər var. Azərbaycanda olan 2 milyon 200 minə yaxın ailə var. Təklif edirəm ki, hər bir ailənin hər birinə 200 dollar ekvivalentində hesabında pul qoyulsun. Bu da onlara kommunal ödənişləri ödəməyinə kömək etsin. Hesab edirəm ki, bu Neft Fondu üçün böyük məbləğ olmaz".