"Çinin xarici işlər naziri Vanq Yi hollandiyalı həmkarı Kaspar Veldkampla telefon danışığı zamanı NATO-nun Asiya-Sakit okean regionunun işlərinə müdaxiləsinin yolverilməzliyinə diqqət çəkib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"NATO öz məsələləri ilə məşğul olmalı və Asiya-Sakit Okean regionunun işlərinə qarışmaqdan çəkinməlidir", - məlumatda qeyd olunub. 

Çin diplomatı aydınlaşdırıb ki, alyans Pekinin hüquq və maraqlarına meydan oxuyaraq Çinin daxili siyasətinə qarışmamalıdır.

O qeyd edib ki, Çin bir gün əvvəl Vaşinqtonda NATO sammitində səslənən əsassız ittihamları heç vaxt qəbul etməyəcək.