Cənubi Koreyanın antiinhisar tənzimləyicisi bazar ertəsi Almaniyanın avtomobil istehsalçısı Mercedes-Benz-i və onun Koreyadakı bölməsini dizel mühərrikli minik avtomobillərinin qaz emissiyaları ilə bağlı saxta reklamlara görə 20,2 milyard von (16,9 milyon dollar) cərimələmək qərarına gəldiyini açıqlayıb.

Koreya Ədalətli Ticarət Komissiyası (KFTC) Mercedes-in avtomobillərində qeyri-qanuni proqram təminatı quraşdıraraq çirklənmənin azaldılması cihazlarının nasazlığın səbəb olduğunu və bu cihazların adi sürücülük şəraitində sertifikatlaşdırma sınaqları zamanı olduğundan daha aşağı səviyyədə fəaliyyıt nümayiş etdirdiyini bildirib.

Qeyd edilib ki, ümumilikdə 15 Mercedes modelində belə proqram quraşdırılıb,.

KFTC-nin bəyanatında deyilir: “Ölkənin 1 nömrəli idxal avtomobil satışı operatoruna qarşı hətta Dieselgate qalmaqalından sonra da emissiyaların azaldılması üzrə performansı haqqında yalan və aldadıcı reklamlarla istehlakçıların rasional alış seçimlərinə mane olduğu üçün sanksiya tətbiq etməkdə haqlıyıq”.