Yasamal rayonu Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə İqtisadiyyat.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qeyd olunub ki, hal-hazırda qeyd olunan marşrutlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.