Ötən ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 15,8 faiz, tütün məmulatlarının istehsalında 11,2 faiz, qida məhsullarının istehsalında isə 6,2 faiz artım müşahidə olunub.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu sahələrin əsas məhsullarından viski, brendi istehsalı 2,7 dəfə, tütün istehsalı 2,6 dəfə, duru bitki yağlarının istehsalı 14,4 faiz, alkoqolsuz içkilərin istehsalı isə 13 faiz artıb.