Bakı və Təl-Əviv dəniz suyunun duzsuzlaşdırılması sahəsində əməkdaşlıq edəcəklər.

“Azərbaycan İnvestisiya Şirkəti” və İsrailin su emalı şirkəti İ.D.E. Water Assets Ltd anlaşma memorandumu imzalayıb.

Bu barədə İqtisadiyyat.az a Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"Sənəd Xəzər dənizinin duzsuzlaşdırılması zavodunun yaradılmasında ölkələr arasında əməkdaşlığı nəzərdə tutur", - nazir sosial şəbəkələrdə yazıb.